Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı | 11:53 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat | 11:49 Azərbaycanda çips vergiyə cəlb olunacaq | 11:45 Azərbaycanda bəzi mənzillər vergidən azad edilir | 23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir

31.03.2020 19:30 2 593
Bakıda bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir
“Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından, sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki sabahdan saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirilir. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.

Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə eskpres xətlər üzrə ehtiyat avtobusların buraxılması nəzərədə tutulub.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

“Bir daha vətəndaşları zərurət olmadığı halda evdə çıxmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq” - deyə qurum bəyan edib.

Son xəbərlər