Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Binədə küçələr su ilə dezinfeksiya edilir? - AÇIQLAMA - VİDEO

31.03.2020 18:15 1 387
Binədə küçələr su ilə dezinfeksiya edilir? - AÇIQLAMA - VİDEO
Sosial şəbəkədə dezinfeksiya işləri aparan şəxslərdən birinin əks olunduğu video yayılıb.

Videonun paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində çəkildiyi iddia olunur.

Görüntülərdə şəxsin dezinfeksiya məhlulu üçün nəzərdə tutulan xüsusi qaba su doldurduğu görünür. Çəkiliş yarıda kəsildiyi üçün sonra nə baş verdiyi məlum deyil.

Vətəndaş isə iddia edir ki, küçələrə dərman əvəzinə su səpirlər. Koronavirusun yayılmasına qarşı mübarizə aparılan günlərdə bu kimi məqamlar insanları narahat edir.

Məlumdur ki, dezinfeksiyaedici məhlulun hazırlanması üçün suya müəyyən miqdarda formalin və ya xlor qatılır. İnsanları düşündürən isə videogörüntülərdəki şəxsin sonrakı mərhələdə suya göstərişə uyğun şəkildə dezinfeksiyaedici maddələri qatıb-qatmamasıdır.

Məsələyə münasibət bildirən Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Gülbala Qurbanov Oxu.Az-a açıqlamasında belə əsassız məlumat yayan şəxsləri tənqid edib:

“Sözügedən videogörüntülərdən xəbərimiz var. Video Əli İsazadə küçəsinin yaxınlığındakı bulaqlardan birində lentə alınıb. Başa düşə bilmirəm ki, bu cür çətin vəziyyətdə bəzi insanlar niyə yalan informasiyalar yayırlar.

Bəzi düşüncəsiz insanların əməllərinə görə, əhali əsassız yerə gərginlik keçirir. Dezinfeksiyaedici məhlulun hazırlanması üçün su lazımdır. Əməkdaş isə xüsusi 16 litrlik su qablarına (“boçok”) əvvəlcə su doldurub. Sonra suya təlimatlara uyğun olaraq, toz halında olan 250 qr xlorlu əhəng qatıb.

O videonu çəkən şəxs çəkilişi sona qədər davam etdirsəydi, hər kəs bunu görə bilərdi. İnsanları bu qədər incitmək olmaz. Hər dəfə məhlul bitdikdən sonra əməkdaşlar bu şəkildə məhlul hazırlayıb, sonra ərazilərdə dezinfeksiya işlərinə davam edirlər. Ərazi üzrə dezinfeksiya işlərinə aidiyyəti qurumların baş məsləhətçiləri, şöbə müdirləri nəzarət edirlər. İrəli sürülən iddia, sadəcə olaraq, görülən bu qədər işlərə kölgə salmaq məqsədi daşıyır”.

Həmin görüntüləri təqdim edirik:


Son xəbərlər