21:42 "Həbsdən qaçış" izləyicilərinə şad xəbər  |     21:37 Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək  |     21:29 Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub  |     21:23 DİM sədri Məleykə Abbaszadə hansı xidmətin ödənişli olacağının ANONSUNU VERDİ  |     21:15 Tramp "Binance"ın qurucusunu əfv etdi  |     21:15 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - MƏBLƏĞ  |     21:10 Xəstəxana rəhbərliyi tərəfindən döyüldüyünü iddia edən işçi barədə TƏBİB-dən AÇIQLAMA  |     21:03 Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi fermerlərdən hədə-qorxu yolu ilə rüşvət tələb edib?  |     20:56 Bakıda şadlıq evindən MEYİT TAPILDI  |     20:50 İcra başçısının oğluna yüksək VƏZİFƏ VERİLDİ  |     20:40 Azərbaycanda qanunsuz qumar reklamına görə 5 nəfər cərimələndi  |     20:32 Gələn il "İctimai nəqliyyat" fonduna ayrıla biləcək vəsait məlum olub  |     20:24 Qazaxıstanda PUA partlayıb  |     20:18 "Qarabağ"ın rəqibi uzun müddətdən sonra antirekordunu təkrarlayıb  |     20:09 Bir sıra müəssisələrdə qida normaları təsdiqlənib  |     20:04 Sabah hava yağmursuz keçəcək - PROQNOZ  |     19:58 Biləsuvarda pozuntulara yol verən məktəb direktoru işdən çıxarılıb  |     19:51 Şirvanda 87 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs edilib  |     19:45 Zəfər Günü ilə bağlı Bakı-Ağstafa-Bakı xətti üzrə əlavə qatar reysləri təyin edilib  |     19:37 Azərbaycan Gürcüstan və Ukraynaya yemiş satışını bərpa edib  |    

Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarıldı - RƏSMİ AÇIQLAMA

Bu gündən Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək üçün bu addım atılıb:

“Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 886 30.03.20 18:44