16:12 Mobil telefonlar bahalaşacaq - Video  |     16:01 Rusiyanın Belqorod su anbarının bəndi ciddi zədələndi: Təxliyə elan edildi  |     15:50 Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu baş tutdu  |     15:37 Sosial evlərdə mənzil almaq adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs TUTULDU  |     15:21 Bricit Makron Fransanın rəsmi vergi portalında kişi kimi qeydə alınıb  |     15:14 Yük maşını iribuynuzlu mal-qaranı vurdu  |     15:09 Dələduzluq edən şəxslər saxlanıldı  |     15:08 Ukrayna Rusiyanın əsas enerji yarımstansiyalarından birinə hücum edib  |     15:07 Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi: "Yarım iş vahidində çalışır" - Video  |     15:02 COVİD və qriplə qarışdırılır, çox sürətlə yayılır - Ölümcül xəstəlik geri qayıtdı  |     14:48 Bacı-qardaş arasında sədr qalmaqalı - Fəzail Ağamalı oğlunu qovdu  |     14:32 Kiberpolis 5 dəstəni ifşa etdi - Video  |     14:27 Elman Nəsirov qızının yaydığı videodan danışdı  |     14:24 “Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib...”  |     14:21 Sabah hava necə olacaq?  |     14:20 Oktyabr ayının bütün ödənişləri yekunlaşıb  |     14:19 Şirvanda dələduzluq edən şəxs saxlanılıb  |     14:14 Gecə saatlarında yol hərəkəti qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb olunublar - Video  |     14:10 Paytaxtda Amerika ağ kəpənəklərinə qarşı profilaktik işlər davam edir  |     14:02 Metroda qatarların intervalında gecikmə müşahidə olunub  |    

Azərbaycanda YPX əməkdaşı sürücünü döyüb? - VİDEO

Masallı rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşının sürücüyə qarşı kobud davranışını əks etdirən videogörüntü yayılıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.


Vətəndaş iddia edir ki, Masallı rayonunda DYP alayının 11-ci taqımının əməkdaşları onu döyüb.

Masallı rayonunda DYP-nin əməkdaşları tərəfindən döyüldüyü iddia edilən 19 yaşlı Əliyev Sadiq Pərviz oğlu bu barədə 11-ci taqım komandiri Qafarov Hikmətə müraciət edərək, DYP-nin 99-YP-945 dövlət nömrə nişanlı xidməti avtomobildəki müşahidə kamerasına baxış keçirilməsini, həmin müşahidə kamerasında döyülməsi faktı ilə bağlı görüntülərin olmasını və yol polisi əməkdaşları barəsində ciddi tədbirlər görülməsini xahiş edib.

Bundan başqa, DYP-nin 11-ci taqım komandiri Hikmət Qafarovun ona “Əməkdaşlarımız düz edib, səni döyüblər!”, - deyə cavab verməsi iddia olunur.

Paylaşımda o da qeyd olunub ki, həmin polis əməkdaşları S.Əliyevi şərləyib tutdurmaq istəyir. Bildirilir ki, buna səbəb olaraq onun Yol Polisi əməkdaşlarını təhqir etməsi irəli sürülür.

Xatırladaq ki, DYP əməkdaşlarının S.Əliyevi hansı səbəbdən saxladıqları məlum deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında məsələnin araşdırılacağını deyib:

“Görüntülərdə iddia edilən kimi döyülmə faktı olmayıb. Amma vətəndaşın rəsmi müraciəti əsasında araşdırma aparıla bilər. Məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 552 27.03.20 12:37