Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda koronavirusa görə çox sayda məhkum təcili evlərinə buraxılır

26.03.2020 18:30 2 932
Azərbaycanda koronavirusa görə çox sayda məhkum təcili evlərinə buraxılır
Azərbaycanın bir sıra penitensiar müəssisələrində məhkumların koronavirusun qarşısının alınması məqsədilə vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsinin icrası üçün genişmiqyaslı işlərə başlanılıb.

Bu barədə Oxu.Az-a İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun nümayəndəsi, İnsan Hüquqları və Qanunun Aliliyi Bürosunun rəhbəri Səidə Qocamanlı məlumat verib.

Onun sözlərinə görə, mart ayının ortalarında monitorinq qrupu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edərək, məhkumların koronavirusa yoluxmadan qorunması üçün bir sıra tədbirlərin görülməsinin məqsədəuyğunluğunu qeyd ediblər.

“Biz məhkumların işlərinə baxılması və onlara vaxtından əvvəl şərti cəza tətbiq edilməsi üçün dörd meyar təklif etmişik. Əlbəttə, təkliflərimiz təkrar cinayət törədən şəxslər, terrorçular və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə aid deyil. Müraciətimizdən sonra həbsxanaların boşaldılması məsələsi aktuallaşdırılıb, təkliflər nəzərdən keçirilib və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş koronavirusla mübarizə tədbirləri çərçivəsində müvafiq tapşırıqlar verilib. Mövcud məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bayram günlərində bəzi cəzaçəkmə müəssisələrində cəzasının sonuna az vaxt qalan məhkumların işlərinə baxmağa başlayıb. Hesab edirəm ki, bu, vaxtında görülmüş tədbirdir və müəssisələrin nisbətən boşalmasına və məhkumlar arasında vəziyyəti qaydaya salmağa kömək edəcək”, - S.Qocamanlı deyib.

Bununla yanaşı, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mehman Sadıqov Oxu.Az-a bildirib ki, cəzaçəkmə müəssisələrində vaxtından əvvəl şərti cəza institutu mütəmadi fəaliyyət göstərir və bu məsələ ilə bağlı yerində fəaliyyət göstərən xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, əvvəllər hüquqşünaslar kütləvi saxlanma yerlərində infeksiyanın yayılmasının qarşısını almaq üçün məhkumların bir hissəsinin sərbəst buraxılmasını, kiçik cinayətlərə görə azadlıqdan məhrumetmə ilə əlaqəli cəzaların sayının azaldılmasını, şərti azadlığa buraxılmış məhkumların sayının artırılmasını, həbs cəzası olmayan daha çox sanksiya tətbiq edilməsini təklif ediblər.

Onların sözlərinə görə, həbsxanalarda xroniki xəstəlikləri, müalicəsi çətin olan və COVID-19-a daha çox yoluxma təhlükəsi olan bir çox insan var. Bu insanları qorumağın ən yaxşı yollarından biri həbsxanaları boşaltmaqdır. Bəzi ölkələr artıq bu tədbirləri həyata keçirməyə başlayıblar.скачать dle 11.3
Mojo.az Banner