Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir |
Mojo.az Avto
Mojo.az Avto

Ülviyyə Alovluya təxribat xarakterli paylaşımlar etdiyi üçün xəbərdarlıq edildi

19.03.2020 19:58 2 500
Ülviyyə Alovluya təxribat xarakterli paylaşımlar etdiyi üçün xəbərdarlıq edildi
Cəmiyyətdə təşvişə səbəb olan koronavirus infeksiyası ilə (COVİD-19) ölkəmizdə qabaqlayıcı mübarizə tədbirlərinin gedişatı, habelə xəstəliyə yoluxma ehtimalı olan şəxslərin tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən məlumatların yayılması hallarına rast gəlinməkdədir.

Nazirlər Kabineti yanında Operativ Qərargah və Baş Prokurorluğun birgə məlumatında bu barədə deyilir.

Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Bakı şəhər sakini Muradova Ülviyyə Niyaz qızının (Ülviyyə Alovlu) “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə koronavirus infeksiyasının (COVİD-19) guya respublika ərazisində geniş miqyasda yayılacağı barədə həqiqətə uyğun olmayan, təxribat xarakterli paylaşımlar etməsi, bundan başqa statuslarında pandemiyaya qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Ülviyyə Muradova Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunmaqla bir daha nəzərə çatdırılır ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Son xəbərlər