Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Məmmədova Günel Eyvaz qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.