Mojo.az Banner
Left Banner
Right Banner

Bakıda 43 yaşlı kişi bıçaqlandı

23.04.2021 11:57 1 866
Bakıda 43 yaşlı kişi bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Müşfiqabad qəsəbəsində 1978-ci il təvəllüdlü Hacatov Mehdi Hüseynalı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası və sol budun kəsilmiş yaraları diaqnozu qoyulub.скачать dle 11.3
Mojo.az Banner