Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan-Gürcüstan sərhədi müvəqqəti bağlandı

13.03.2020 22:18 2 197
Azərbaycan-Gürcüstan sərhədi müvəqqəti bağlandı
Martın 13-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.

Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək.

Son xəbərlər