Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Braziliya Prezidenti koronavirusa yoluxdu

13.03.2020 19:15 1 410
Braziliya Prezidenti koronavirusa yoluxdu
Braziliya Prezidenti Cair Bolsonaro koronavirusa yoluxub.

Bu barədə informasiyanı Braziliyanın yerli “O dia” nəşri yayıb.

Prezidentin oğlu Eduardo Bolsonaro atasının səhhətinin normal olduğunu, yalnız testin nəticəsinin müsbət çıxdığını deyib.

Qeyd edək ki, bundan əvvəl Braziliya Prezidentinin mətbuat katibi ABŞ-a səfərdən qayıtdıqdan sonra virusa yoluxmuşdu.

Hazırda Braziliyada 76 virusa yoluxma halı təsdiqini tapıb. Əslində isə xəstələrin sayının mindən çox olduğu bildirilir.

Son xəbərlər