Mojo.az Banner
16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Premyer Liqa təxirə salındı, İngiltərə millisinin oyunları ləğv olundu

13.03.2020 16:52 2 734
Premyer Liqa təxirə salındı, İngiltərə millisinin oyunları ləğv olundu
İngiltərə Premyer Liqasının oyunları aprelin 4-dək təxirə salınıb.

Median.Az Premyer Liqanın saytına istinadən xəbər verir ki, tibbi heyətin məsləhətinə və hazırkı duruma əsasən qarşıdakı iki tur nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

Premyer Liqanın baş icraçı direktoru Riçard Masters bu haqda bunları deyib:

“Hər şeydən əvvəl Mikel Arteta, Kolum Hadson-Odoyun və COVID-19-dan əziyyət çəkən hər kəsin sürətli şəkildə sağalmasını arzulayırıq. Klublarımız, hökumət, futbol assosiasiyası və İngiltərə Futbol Liqası ilə sıx şəkildə işləyirik. Oyunçuların, klub rəsmilərinin və azarkeşlərin sağlamlığı və rifahı bizim üçün hər şeydən önəmlidir”.

Premyer Liqadan başqa, ölkə kuboku, Çempionşip, Liqa 1, Liqa 2, Akademiya və gənclər komandalarının oyunları, həmçinin qadın futbolçular arasında Super Liqa, Çempionşip və kubok matçları təxirə salınıb. Bu oyunlar barəsində qərar növbəti həftə açıqlanacaq.

İngiltərə millisinin İtaliya və Danimarka ilə Londondakı yoldaşlıq oyunları isə ləğv olunub. Həmin oyunlara bilet alanlar 14 gün ərzində öz pullarını geri ala biləcək.скачать dle 11.3
Mojo.az Banner