Mojo.az Banner
13:01 Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı  |     12:52 Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı  |     12:45 UEFA əmsallar cədvəli: Uğursuz nəticələrdən sonra Azərbaycanın mövqeyi dəyişmədi  |     12:43 Sadır Japarov: "Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir"  |     12:37 Azərbaycan nefti BAHALAŞIB  |     12:35 Azərbaycan və Qırğızıstan şəhərləri qardaşlaşdılar  |     12:34 Kamçatka sahillərində 5.7 maqnitudalı zəlzələ olub  |     12:33 Prezident Sadır Japarov: "Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur"  |     12:29 Peruda güclü zəlzələ baş verib  |     12:27 Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq BOĞULUB  |     12:24 Kafedə pivə içib dalaşdılar: Şüşə parçası ilə tanışını yaraladı  |     12:14 Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU  |     11:23 Psixoloqdan valideynlərə VACİB tövsiyə: Uşaq ağlayanda necə davranmaq lazımdır?  |     11:11 Kanadada İslam Mərkəzinə naməlum şəxslər hücum ediblər  |     23:01 Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artdı  |     22:53 Notarius ilk məhkəməsində həbs edildi  |     22:46 Ev almaq adı ilə gəldi, oğurluq etdi  |     22:40 Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?  |     22:33 Məhkəmə sürücüyə bəraət verdi  |     22:28 Azərbaycan-Türkiyə Universitetinə ilk rektor təyin edildi  |    
Left Banner
Right Banner

Zaqatalada 150 min manatlıq fındıq ləpəsi oğurlayan “Naco” ləqəbli oğru və dəstəsi saxlanıldı

13.03.2020 12:30 2 565
Zaqatalada 150 min manatlıq fındıq ləpəsi oğurlayan “Naco” ləqəbli oğru və dəstəsi saxlanıldı
Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fındıq zavodundan 150 min manat dəyərində fındıq ləpəsinin oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən “Naco” ləqəbli Nəcməddin Baqayev və onun dəstəsinin üzvləri - Hacımurad Bolayev, Rəsul Xəlilov, Elnur İsmayılov, Maxaç Tahirov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər həmin zavodda mühafizəçi olaraq işləyən M.Tahirovun vasitəsilə videokameraların obyektivlərini bağlamaqla fevral ayında ayrı-ayrı vaxtlarda 6 dəfə həmin zavoda oğurluq məqsədilə qanunsuz olaraq daxil olub, oradan çəkisi 13 tondan artıq olan fındıq ləpəsi oğurlayıblar. Onlar ifadələrində cinayət yolu ilə əldə etdikləri məhsulu Bakı şəhərində satdıqlarını bildiriblər.

Faktla bağlı saxlanılan şəxslər barəsində Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işinə başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hal-hazırda dəstənin digər cinayət əməlləri törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner