Mojo.az Banner
18:04 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı  |     18:01 XİN Qara dənizdə yük gəmisinin dron hücumlarına məruz qalması ilə bağlı məlumat yaydı  |     17:52 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi  |     17:51 Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"  |     17:42 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər  |     17:40 Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi vaxt açıqlandı  |     17:14 Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB  |     15:57 Bu atları saxlayanlara 1000 manat veriləcək  |     15:57 Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı  |     15:56 Ölmüş heyvanların utilizasiyası üçün müəssisələr yaradılacaq  |     15:55 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     15:54 Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi  |     15:52 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi  |     15:51 "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edildi  |     15:48 Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir  |     15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |    
Left Banner
Right Banner

Azərbaycanda COVID-19-a görə karantinə alınan yüzlərlə şəxs evə buraxıldı - RƏSMİ

10.03.2020 19:31 1 424
Azərbaycanda COVID-19-a görə karantinə alınan yüzlərlə şəxs evə buraxıldı - RƏSMİ
Azərbaycan Respublikasında koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.

Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.

Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner