16:24 Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi  |     16:05 Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     15:57 Bakıda sürücü sərxoş vəziyyətdə qəza törətdi - VİDEO  |     15:56 "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb  |     15:43 Rusiya Silahlı Qüvvələri Dnepropetrovskda yaşayış məntəqəsini nəzarət altına aldı  |     15:40 Ramiz Mehdiyevin sadiq adamı Elton Məmmədov da istintaqa cəlb edilib - Milyonlar mənimsəyibmiş  |     15:39 Peskov: "Rusiya Putin və Əliyev görüşünün nəticələrini yüksək qiymətləndirir"  |     15:35 Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq  |     15:34 İsmayıllıda biryaşlı qız faciəli şəkildə öldü  |     14:28 "Whatsapp" istifadəçilərinə xəbərdarlıq: Bunu etməsiniz, hesabınıza girəcəklər  |     14:15 Paşinyan Fransaya işgüzar səfərə yola düşüb  |     14:07 Azərbaycanda qatarların hərəkətinə maneə yaratmaq üçün relslərə qəsdən daş düzülüb - Video  |     14:00 Podqoritsada saxlanılan Azərbaycan vətəndaşlarına görə Monteneqro Ombudsmanına müraciət edilib  |     13:53 Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq - Foto  |     13:49 Xarici ölkələrdə işə düzəltmək adı ilə insanları aldadan şəxslər TUTULDULAR  |     13:48 AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır  |     13:44 Meksika ABŞ səfirini çağırdı - SƏBƏB  |     13:41 İsmayıllıda kitabxana müdiri vəfat edib - FOTO  |     13:39 Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu  |     13:38 Rəsmi Bakı: "Azərbaycan-Türkiyə qardaşlığı əbədi yaşayacaq" - FOTO  |    

Azərbaycan “COVID-19 müraciəti” Fonduna beş milyon ABŞ dolları yardım etdi

Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna beş milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

“Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək”, - məlumatda bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 168 06.03.20 16:05