Mojo.az Banner
12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |     11:47 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş  |     11:43 Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia  |     11:38 Anar Bayramov direktor müavinini işdən çıxardı  |     11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |     11:06 “Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA  |     11:04 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb  |     23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |    
Left Banner
Right Banner

Həyat yoldaşını öldürüb, itihar etmək istədi - VİDEO

03.03.2020 19:38 1 563
Həyat yoldaşını öldürüb, itihar etmək istədi - VİDEO
2019-cu il iyunun 1-də Suraxanı rayonu 30-cu Polis Şöbəsinə yaralı halda təslim olan Zahid Novruzov yaşadığı evdə həyat yoldaşını odlu silahdan açdığı atəşlə öldürdüyünü və sonra intihar etmək məqsədi ilə özünə də güllə atdığını bildirib.

Baku TV xəbər verir ki, sifətindən yaralanan şəxs şöbəyə çağırılan Təcili Tibbi Yardım işçiləri tərəfindən xəsatəxanaya aparılıb və əməliyyat olunub. Polis və prokurorluq əməkdaşları Hövsan qəsəbəsindəki evdə qadın meyiti, yanında tüfəng aşkar ediblər. Məlum olub ki, mərhum 55 yaşlı Təranə Novruzovadır.

Zahid Novruzov rəsmi nikahda olduğu arvadı Təranə Novruzovanın ona xəyanət etməsini bəhanə edib, həyat yoldaşını öldürmək qərarına gəlib. İyunun 1-i saat 17 radələrində yaşadıqları evdə, yataq otağında saxladığı tüfəngi və 4 ədəd patronu götürüb, qonaq otağına keçib. Yaxın məsafədən qadının baş nahiyəsinə 1 dəfə atəş açıb və öldürüb.

Zahid Novruzov bildirib ki, 1985-ci ildə Laçın rayonunda Təranə Novruzova ilə ailə qurub, müharibədən sonra ailəsi ilə Bakıya gəlib. Həyat yoldaşı ilə münasibətləri əvvəl yaxşı olub. Hadisədən 2 il əvvəl Hövsan qəsəbəsində çimərlikdə, adını xatırlamadığı qadınla istirahət edərkən oğlu Ruslan onların videosunu çəkib, anasına göstərib.

Bundan sonra Təranə ilə mübahisələri başlayıb. 10 ay ərzində Təranə oğlu ilə birlikdə Nərimanov rayonunda kirayədə qalıb. Daha sonra övladları onları barışdırdığından yenidən birlikdə yaşamağa başlayıblar. Zahid Təranədə dəyişikliklər hiss edib, ona xəyanət etməsindən şübhələnib. Yoldaşından bu barədə soruşduqda, o, etiraz edərək xəyanət etmədiyini deyib.

Təxminən bir ay əvvəl Naxçıvan şəhərinə qızının evinə qonaq gediblər. Orada olarkən Təranəyə Bakıya qayıdandan sonra onunla boşanacağını söyləyib. Hadisə olan gün, saat 15 radələrində Nurlan evdən çıxdıqdan sonra evdə yalnız Təranə qalıb. Zahid yataq otağında saxladığı 16 kalibirli ov tüfəngini və dörd ədəd patronu götürüb qonaq otağına keçir. Məqsədi arvadını qorxudub “Bibiheybət” məscidinə aparmaq olub.

Zahid özü boşanmaq barədə ərizə vermək istəsə də, oğlanları buna mane olublar. Ona görə arvadının özünün boşanmaq barədə fikrini oğlanlarına deməsini istəyib. Yoldaşının kondisonerin tozunu sildiyini görüb, aşağı düşməsini, ona sözü olduğunu bildirib. Təranə masadan aşağı düşdükdə silahı göstərib, biz “Naxçıvanda söz danışmışdıq, gəl gedək and içək boşanaq, evə qan salma" deyib. Təranə oğlu Ruslanı çağıracağını söyləyib, çölə çıxmaq istədikdə Zahid patronların ikisini tüfəngə qoyub, "onu vuracağını" bildirib. Yoldaşı ona "səndə o kişilik yoxdu məni vurasan" deyəndə, Zahid təxminən 5 metr məsafədən 1 dəfə arvadının baş nahiyəsinə atəş açıb.

Güllə arvadının ağız nahiyəsinə dəyir və o, yerə yıxılır. Arvadını vurduğuna görə peşman olan Zahid özünü öldürmək qərarına gəlir. Bu məqsədlə tüfəngi boğaz nahiyəsinə dirəyib atəş açır, lakin güllə sol yanağından çıxır. Sonra polisə gedərək təslim olur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahid Novruzov 17 il müddətinə azadlıqdan məhrum olunub.скачать dle 11.3
Mojo.az Banner