Mojo.az Banner
16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |     12:40 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur  |    
Left Banner
Right Banner

Sulutəpə sakinləri: “Kanalizasiyadan daşan çirkab üfunətindən evlərdə otura bilmirik” - FOTO/VİDEO

03.03.2020 15:06 1 447
Sulutəpə sakinləri: “Kanalizasiyadan daşan çirkab üfunətindən evlərdə otura bilmirik” - FOTO/VİDEO
Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakinləri yol və kanalizasiya problemindən əziyyət çəkirlər.

Bu barədə Oxu.Az-a qəsəbə sakinləri məlumat verib.

Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət etsələr də, qəsəbənin problemləri həll olunmur:

“Biz Aşağı Sulutəpə deyilən ərazidə Ruslan Allahverdiyev küçəsində yaşayırıq. Yollarımız bərbad vəziyyətdədir. Kanalizasiya borularının əksəriyyəti çürüyüb. Kanalizasiya suları daşaraq küçəyə axır və yaşayış evlərinin həyətinə, zirzəmisinə dolur. Bu, xəstəlik mənbəyidir.

Uşaqlar məktəbə gedə bilmirlər. Laçın rayon 10 nömrəli tam orta məktəb evimizin yaxınlığında yerləşir. Sakinlər problemləri ilə əlaqədar ərazi üzrə bələdiyyəyə, həm də İcra Hakimiyyətinə müraciət ediblər. Bu şəraitdə piyadalar və avtomobillər çətinliklə hərəkət edirlər. Yağış yağanda isə vəziyyət daha ağır olur. Kanalizasiyadan daşan çirkab suyun üfunət qoxusundan evlərdə oturmaq olmur. Xahiş edirik, kömək edəsiniz”.









скачать dle 11.3
Mojo.az Banner