Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Nazirlər Kabineti ölkədəki tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi

28.02.2020 23:15 2 636
Nazirlər Kabineti ölkədəki tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi
Nazirlər Kabineti yanında operativ qərargah ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirib.

Median.Az
oxu.az-a istinadla xəbər verir ki, qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib ki, onların səlahiyyətində olan xəstəxanalarda belə problem yoxdur:

“Ümumiyyətlə, respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil”.

TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev isə deyib ki, maskanı xəstəliyə yoluxmuş şəxs taxmalıdır:

“Bu da infeksiyanın ətrafa yayılmasının qarşısını alır”.

Sonra respublikanın baş infeksionisti Cəlal İsayev qeyd edib ki, maska qıtlığı məsələsi daha çox mətbuat tərəfindən şişirdilir.

Son xəbərlər