Mojo.az Banner
14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |     12:40 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur  |     12:35 DYP hərəkət iştirakçılarına müraciət etdi  |     12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |    
Left Banner
Right Banner

Masallıda arvadını və qaynını vəhşicəsinə öldürən şəxsdən xəbər var

28.02.2020 15:36 1 223
Masallıda arvadını və qaynını vəhşicəsinə öldürən şəxsdən xəbər var
Masallı rayonunun Təzəkənd kəndində 2 nəfəri qətlə yetirən, özünü və qayınanasını güllələyən şəxs Masallı rayon Mərkəzi Xəstəxanasından Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb.

Bu barədə Trend-ə Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisəni törədən şəxs əməliyyat olunduqdan sonra Bakıya göndərilib:

“Hadisəni törədən - 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü alt çənəsindən güllələyib. Nəticədə onun alt və üst çənəsi dağılıb, burnu qopmuşdu. Burada ilkin əməliyyat olunandan sonra xəstə 1 saylı Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyəsi şöbəsinə köçürüldü.

Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. O bud nahiyəsindən qəlpəli yaralar almışdı. Qadının vəziyyəti normallaşdığı üçün reanimasiya şöbəsindən travmatologiya şöbəsinə köçürülüb”.

Xatırladaq ki, fevralın 26-da Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev və A.Nəbiyeva hadisə yerində dünyasını dəyişib, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də güllələyib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxs polis nəzarətinə götürülüb.скачать dle 11.3
Mojo.az Banner