Mojo.az Banner
13:43 Bakıda ata Daun sindromlu qızına xəsarət yetirdi  |     12:47 Arzum məhkəmə zalında həbs edildi - 5 il 2 ay cəza kəsildi (FOTO)  |     12:41 "Brent" neftinin qiyməti 71 dollardan aşağı düşüb  |     12:17 Faciəli şəkildə həlak olan DSX hərbçisinin FOTOSU  |     12:15 Gəncədə xəstəxanada həyatını itirən azyaşlının ölüm SƏBƏBİ AÇIQLANDI (Yenilənib)  |     12:10 Bu qəsəbədə bankomat yoxdur: Yaşlılar kilometrlərlə yol qət edir  |     11:39 Avtomobil ehtiyat hissələri bahalaşıb - Video  |     11:34 Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO  |     11:25 Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO  |     11:22 Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO  |     11:19 Dünyanın ən güclü 10 pasportu - SİYAHI  |     00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |     22:25 Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar  |     21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |     20:40 Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı  |     20:35 Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı  |     20:29 Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)  |     20:27 İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? - Psixoloqların cavabı  |    
Left Banner
Right Banner

Gəncənin Baş planı hazırlanır

19.02.2020 21:51 2 461
Gəncənin Baş planı hazırlanır
Prezident İlham Əliyevin göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkə şəhərlərinin planlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması işini davam etdirir.

Komitədən "Report"a verilən məlumata görə, əhalisinə görə paytaxtdan sonra ikinci böyük şəhər olan Gəncənin Baş planının Komitə tərəfindən hazırlanması prosesinə 2020-ci ildə start verilib. Layihə beynəlxalq tender vasitəsilə cəlb olunmuş Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçiriləcək. Komandanın hazırlığı və şəhərə dair bəzi məlumatların ilkin analizi başa çatdıqdan sonra layihə icraçılarının rəhbərləri və ekspertlərin iştirakı ilə bu həftə komitədə ilk geniş tərkibli müzakirələr təşkil olunub.

Görüşdə şəhərin yol-nəqliyyat infrastrukturunun, mühəndis-kommunikasiya sisteminin, ətraf mühitinin, ekoloji durumunun və ictimai məkanlarının inkişafına dair konsorsium üzvlərinin ilkin yanaşmaları təqdim olunub. Eyni zamanda, layihənin icra qrafiki, habelə Gəncənin bugünkü çağırışları, gələcək siması və inkişaf hədəfləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

İmzalanmış müqaviləyə əsasən, Baş planın hazırlanması layihəsinin 30 ay müddətində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq ilkin mərhələdə Gəncə şəhərinin inkişaf konsepsiyasının hazırlanması planlaşdırılıb.

Bununla yanaşı, komitə tərəfindən Baş planın hazırlanmasına cəlb edilən yerli və beynəlxalq ekspertlərin Gəncəyə səfəri də təşkil olunub. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhərin inkişafında iştirak edən aidiyyəti dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, mövzuya dair ilkin müzakirələr aparılıb, şəhər infrastrukturuna yerində baxışlar təmin edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı, Gəncə və ölkənin bir çox digər şəhərlərinin sistemli və davamlı inkişafında strateji əhəmiyyətə malik əsas şəhərsalma sənədi olan baş planların hazırlanması üzrə kompleks fəaliyyətini davam etdirir. Bu istiqamətdə işlərin müəyyən olunmuş müddətlər çərçivəsində və yüksək peşəkarlıqla görülməsi məqsədilə komitə bütün resurslarını səfərbər edib prosesin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və aparıcı beynəlxalq standartlara uyğun təşkili üçün bütün səylərini əsirgəməyəcək.

скачать dle 11.3
Mojo.az Banner