Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı

18.02.2020 21:30 2 096
UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı
UEFA AVRO-2020-nin final mərhələsinin iştirakçılarının turniröncəsi yoldaşlıq matçlarının təqvimini açıqlayıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmaların da yoxlama görüşlərinin vaxtı və yeri bəlli olub.

Türkiyə millisi Avropa çempionatının startına kimi 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Martın 27-də Lyublyanada Sloveniyanın qonağı olacaq "ay-ulduzlular" 3 gün sonra Vyanada Avstriya seçməsi ilə üz-üzə gələcəklər. Şenol Güneşin baş məşqçi olduğu kollektiv növbəti yoldaşlıq görüşlərini may və iyun aylarında keçirəcək. Mayın 26-da Antalyada Azərbaycan millisi ilə qarşılaşacaq türklər iyunun 1-də Osiekdə Xorvatiya yığması ilə oynayacaq.
İsveçrə seçməsi martın 26-da Dohada Xorvatiya, 30-da Belçika, mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də isə Lixtenşteyn millisi ilə qarşılaşacaq.

Uels millisinin isə hələlik 2 rəqibi müəyyənləşib. Britaniyalılar martın 27-də Suonsidə Avstriya, 3 gün sonra isə Kardiffdə ABŞ seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcəklər.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.скачать dle 11.3
Mojo.az Banner