Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Çində aviareyslər təxirə salınır

14.02.2020 20:31 2 691
Çində aviareyslər təxirə salınır
Çində koronavirusun yayılması ilə bağlı ölkədə turizmi məhdudlaşdıran sərt tədbirlər nəticəsində hava yolu şirkətləri ixtisarlar etmək məcburiyyətində qalır.

“Report” FT-yə istinadən xəbər verir ki, hazırda Çin hava yolu şirkətlərinə məxsus təyyarə parkının üçdə ikisinə qədəri fəaliyyətsizdir.

Uzaq Şərqdə Yeni il bayramının başladığı 27 yanvar tarixindən fevralın 12-dək 10,21 milyon sərnişin daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 70% azdır. Bu barədə Çin Mülki Aviasiya Administrasiyası məlumat yayıb.

Sərnişin axınının kəskin azalması səbəbindən hava yolu şirkətləri uçuşları təxirə salaraq pilotları da ödənişsiz məzuniyyətə göndərməli olub. Mövcud vəziyyət “Air China”, “China Eastern Airlines”, “China Southern Airlines” kimi iri şirkətlərin daha bir neçə ay davam gətirə biləcəyi, lakin borclar altında qalan nisbətən kiçik şirkətlərin bu minvalla təhlükə qarşısında qalacağı bildirilir.скачать dle 11.3
Mojo.az Banner