Rusiyada Krasnoyarsk-Moskva reysini həyata keçirən “Nordstar” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi təcili enişə hazırlaşır.
TASS-ın məlumatına görə, göyərtədə 100 nəfərdən artıq sərnişin var.
Bildirilir ki, geri qayıtma barədə qərara səbəb təyyarənin qanadında yaranan problem olub.
“Təyyarə yanacağı tam sərf etdikdən sonra aeroporta eniş edəcək”, - deyə xəbərdə bildirilib.