Mojo.az Banner
11:10 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     11:05 Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu  |     23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |    
Left Banner
Right Banner

QDİƏT PM: “Azərbaycanda demokratik, ədalətli seçki keçirildi”

10.02.2020 13:12 1 496
QDİƏT PM: “Azərbaycanda demokratik, ədalətli seçki keçirildi”
“Azərbaycanda demokratik, ədalətli seçki keçirilib”.

Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyasının üzvləri müşahidələrinin nəticələrini açıqlayarkən bildiriblər.

Müşahidə missiyasının üzvü, türkiyəli deputat Cemal Öztürk Azərbaycanda parlament seçkilərində müşahidəçi kimi iştirak etməkdən şərəf duyduğunu bildirib:

“Prosesləri diqqətlə izlədik. Məntəqələrdə toplu səsvermə ilə bağlı neqativ hallara rast gəlmədik. Azərbaycan xalqını bu cür demokratik şəkildə keçirilən seçkilər münasibəti ilə təbrik edirəm. Seçicilər namizədlərini özləri seçdilər.

Seçkilər Azərbaycanın daha da güclənməsi, inkişafı üçün yeni başlanğıcdır. Hər zaman qardaş ölkə Azərbaycanın yanında olduq, bundan sonra da olacağıq. Bir millət - iki dövlət olduğumuzu hər zaman ifadə etmişik, bu gün də ifadə edirik. Seçkilərin nəticələrinin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyasında sülhə təsir edəcəyinə inanırıq”.

Qurumun baş katibi Asəf Hacıyev isə bildirib ki, təşkilata 76 millət vəkili daxildir:

“Nümayəndə heyətinə beş ölkənin nümayəndəsi daxildir. Ötən gün səhər saat 10:00-dan etibarən paytaxtın 10-dan çox seçki məntəqəsində proseslərin gedişini izlədik. Heç bir qayda pozuntusu olmayıb. Məntəqələrdə partiya nümayəndələri ilə ünsiyyətimiz oldu. Seçicilərin aktivliyi diqqət çəkirdi. Seçki hər bir ölkə üçün demokratiyanın ölçüsü kimi qiymətləndirilir.

Bu seçki göstərdi ki, demokratiyanın nə başlanğıcı var, nə sonu, əsas odur ki, bu dinamik prosesdə iştirak edəsən. Seçki prosesinin nəinki Avropa, hətta dünya standartlarına uyğun keçirildiyini deyə bilərik. Hava şəraitinin dəyişkən olmasına baxmayaraq, seçicilərin 45 faizi məntəqələrə gələrək səsvermə hüquqlarından istifadə etdilər. İlkin nəticələrə görə, Yeni Azərbaycan Partiyası (YAP) qalib gəlib.

YAP bir daha göstərdi ki, formalaşmış, Azərbaycanı gələcəyə aparan partiyadır. İlkin nəticələrə görə, partiya 69 yer qazanıb. Azərbaycanda getdikcə demokratik proseslər daha da çox inkişaf edəcək”.

QDİƏT PM-in müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin isə deyib ki, Azərbaycanda seçkilər çox demokratik şəkildə keçirildi:

“Ən əsası, məndə seçkilərin təhlükəsiz, sakit şəraitdə keçməsi ilə bağlı çox gözəl təəssürat yarandı. Vətəndaşların çox sakit və azad şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Seçkilərin demokratik keçirilməsini çox yüksək qiymətləndirirəm.

Azərbaycanda namizədlərin sayına baxanda başa düşmək olur ki, Milli Məclis Azərbaycanın həyatında nə qədər böyük rol oynayır. Kim qələbə çalıbsa, düşünürəm ki, bu, ilk növbədə Azərbaycan xalqının qələbəsidir. Vətəndaşlar öz deputatlarını seçdilər. Ən böyük hakimiyyət xalqın hakimiyyətidir. Demokratik və şəffaf seçkilər üçün təşəkkür edirəm”.скачать dle 11.3
Mojo.az Banner