Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Azərbaycana 36 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA

08.02.2020 17:25 2 156
Azərbaycana 36 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən ölkə ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib.

Havanın temperaturu ötən günlə müqayisədə 18 dərəcə aşağı enib. Əgər dünən paytaxtda 22-25 dərəcə isti olubsa, (bütün meteoroloji müşahidələrə görə 2002-ci ildə son dəfə 23 dərəcə olub) fevralın 8-də səhər saatlarında 7 dərəcə isti qeydə alınıb.

12:00-a olan məlumata görə fevralın 08-i səhərədək Xaltan, Qırızda, Sarıbaşda 6 mm, Xınalıqda 5 mm, Ağdərədə 4 mm, Gədəbəydə 2 mm, Daşkəsəndə 1 mm miqdarında qar yağıb. Qar örtüyünün hündürlüyü Ağdərədə 36 sm, Sarıbaşda (Qax) 21 sm, Qrızda 13 sm, Xınalıqda 12 sm, Xaltanda 2 sm olub.

Qubada 9 mm, Ordubadda 7 mm, Qusar 6 mm, Göygöldə 5 mm, İsmayıllı, Kürdəmir, Lerikdə 4 mm, Naxçıvan, Şahbuz, Şamaxı, Beyləqan, Kişçay (Şəki), Şabranda 3 mm, Ağdam, Balakən, Qəbələ, Zaqatala, Altıağac, Tərtər, Bərdə, Göyçay, Zərdab, İmişli, Ağsuda 2 mm, Bakı, Sumqayıt, Şərur, Ağstafa, Mərəzə, Şəki, Gəncə, Mingəçevir, Sabirabad, Neftçala, Cəfərxanda 1 mm yağış qeydə alınıb.

Qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Tovuzda 24 m/s, Salyan, Tərtərdə 23 m/s, Naftalan, Ağstafa, Bərdədə 20 m/s, Astara, Qrızda 18 m/s, Hacıqabulda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 16-20 m/s, arabir 23 m/s-dək güclənib.

Gözlənildiyi kimi, fevralın 8-də proses davam edərək, ayın 9-u və 10-da daha da əlverişsiz və kəskin olacaq, havanın temperaturu 0-a yaxınlaşacaq, gecə isə 1-4 dərəcə şaxta olacaq, yağış sulu qara, qara keçəcək, külək daha güclü olacaq.скачать dle 11.3
Mojo.az Banner