Mojo.az Banner
13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |     13:21 Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz  |     13:16 “Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim  |     12:52 Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır  |     12:39 Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq  |     12:30 Universiteti 3 ilə bitirmək mümkün olacaq?  |     12:10 Palma yağına tələbatı artırdı – Səbəb bu imiş  |     12:02 Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama  |     11:53 85 bal topladı, 60 manat ödədi — Niyə işsiz qaldı? — AÇIQLAMA  |     11:49 Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA  |     11:47 Ceyk Pol yenidən böyük rinqə qayıdır  |     11:28 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı  |     11:24 Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu  |     23:03 Bakıda 363 min manata ev aldı - Keçmiş sahibinə görə mənzilə həbs qoyuldu (VİDEO)  |     22:58 "İmişli" "Şəfa"nı məğlub etdi  |     22:52 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu  |     22:46 Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər  |     22:40 Azərbaycanda neçə din xadimi var? - RƏQƏMLƏR  |     22:33 Azərbaycanda yeni nazirlik yaradılır? – AÇIQLAMA  |     22:25 İtaliyanın məşhur adalarında meşələr yanır  |    
Left Banner
Right Banner

Doqquz yaşında xəstə anasına baxan azərbaycanlı uşaq: “O sağalsa, dünyanın ən xoşbəxt övladı olacam” - VİDEO

08.02.2020 17:11 2 156
Doqquz yaşında xəstə anasına baxan azərbaycanlı uşaq: “O sağalsa, dünyanın ən xoşbəxt övladı olacam” - VİDEO
Baku TV yeni layihəyə start verib.

“Qara bəxtim” adlanan layihənin ilk qəhəmanı Xamis adlı oğlan olub.

Doqquz yaşlı Xamis öz anası ilə birgə “Köhnə Sovetski” adlanan ərazidə yaşayır. Hər kəs onun əcnəbi olduğunu sansa da, o özünü əsl azərbaycanlı hesab edir.

Müxtəlif işlərdə çalışan Xamis yaşının az olduğu üçün işə götürülmədiyini bildirib. Hazırda azyaşlı oğlan avtomobilləri park etməyə kömək etməklə pul qazanır. Pulu isə öz əyləncəsi üçün yox, anasının müalicəsinə xərcləyir.

“Anam sağalıb mənimlə futbol oynasa, o zaman, mən dünyanın ən xoşbəxt uşağı olacam”, - deyə balaca qəhrəman bildirir. Onun ən böyük arzusu anasını sağlam görməkdir.

Xamisin anası Firəngiz xanım illər öncə bəhreynli bir nəfərlə tanış olur və həmin ölkəyə gedir. Dörd il sonra həyat yoldaşını avtomobil qəzasında itirir və Azərbaycana qayıdır. Burada isə balaca oğlu ilə çətin şəraitdə yaşamağa məhkum olur.

Yaşadıqları ev şəraitsizdir və mavi yanacaqla təchiz olunmayıb. İsti suyu belə qonşulardan götürürlər. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Xamis dərslərini oxuyur, həyata uyğunlaşmağa çalışır və gələcəyə ümidlə baxır.
/oxu.az/



скачать dle 11.3
Mojo.az Banner