Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Nömrəsiz avtomobil sürən şəxslə bağlı rəsmi açıqlama: Heç kim elə fikirləşməsin ki...

07.02.2020 19:18 1 780
Nömrəsiz avtomobil sürən şəxslə bağlı rəsmi açıqlama: Heç kim elə fikirləşməsin ki...
Heç kim elə fikirləşməsin ki, Qarabağ əlilləri üçün verilən avtomobillərə dövlət nömrə nişanı verilməyib. Təəssüf ki, bəzi sürücülərimiz qanunvericiliyin normalarına riayət etmir.

Bu sözləri oxu.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakı-Sumqayıt yolunda avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

K.Əliyevin sözlərinə görə, “NAZ Lifan” markalı avtomobillərin əksəriyyəti Qarabağ əlillərinə verilir, lakin təəssüf ki, sürücülər bəzən qanunun tələblərini pozan davranışlara yol verirlər:

“Həmin avtomobillərin böyük əksəriyyəti ölkə başçısının tapşırığı ilə Qarabağ müharibəsi əlillərinə, sağlamlığını itirmiş şəxslərə verilir. Hər bir avtomobilə də dövlət nömrə nişanı verilir. Lakin, bəzi sürücülər qanunun tələblərini kobud şəkildə pozurlar. Düşünürəm ki, həmin sürücülər bunu xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan qayda pozuntularından yayınmaq məqsədilə edirlər.

İstər Dövlət Yol Polisi tərəfindən, istərsə də “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən bu cür qayda pozuntusuna yol verən sürücülərə dəfələrlə xəbərdarlıq edilib, saxlanılıb və nəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmadan idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi bildirilib. Onlar özləri də nəzərə almalıdır ki, qanun hər kəs üçün qanundur.

Hər bir nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınırsa, onların hər birinə dövlət qeydiyyat nişanları təhkim olunur. Sadəcə olaraq bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət nömrə nişanlarını çıxarırlar”.

Şöbə rəisi onu da əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrinin tələblərini pozaraq, avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi 4 cərimə balı ilə qiymətləndirilir:

“İXM-nin 342.7-ci maddəsində dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub”.

Xatırladaq ki, Bakı-Sumqayıt yolunda “NAZ Lifan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edib. Sürücü bu vəziyyətdə də həmin yolda yerləşən “Ekologiya postu”nu keçib.

Son xəbərlər