Mojo.az Banner
21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |     20:36 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər  |     20:29 Azərbaycanın cüdo tarixində rekord...  |     20:20 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     20:00 Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən “plyonka xəbərdarlığı: Heç kimə güzəşt olmayacaq!

26.06.2019 19:55 1 884
Yol polisindən “plyonka xəbərdarlığı: Heç kimə güzəşt olmayacaq!
Son zamanlar ölkə ərazisində avtomobillərin yan şüşələrində qanunla qadağan olunmuş örtüklərdən (plyokalardan) istifadə edənlərin sayında artım müşahidə olunur. Bəzi sürücülər avtomobillərinin yalnız arxa yan şüşələrinə "plyonka" çəksələr də, bəziləri biraz da irəli gedərək avtomobilin hətta ön yan şüşələrini də tündləşdirirlər. Bu isə mövcud qanunvericiliyə görə qadağandır. Başqa iddialara görə isə yol polisi avtomobillərin belə idarə edilməsinə göz yumur.

Bu iddialar nə dərəcəsə həqiqətdir?

Median.Az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyevin sözlərinə görə, mövcud qanunvericilikdə göstərilir ki, may ayının 1-dən noyabr ayının15-nə qədər arxa küləyə qarşı olmayan şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

"Sürücülər də konkret olaraq bu qaydalara riayət etməlidir. Əgər qanunvericilikdə şüşələrlə bağlı, onların işıqburaxma qabiliyyətinə dair hansısa bir dəyişiklik olarsa, biz bununla əlaqədar rəsmi məlumat verəcəyik. Amma hələki qanunvericiliyin tələbləri nədirsə, sürücülər onun tələblərinə riayət etməlidir. Sürücülər başa düşməlidir ki, qanunun tələblərindən kənara çıxdıqları təqdirdə məsuliyyətə cəlb olunacaqlar".

Kamran Əliyev bildirib ki, plyonka da görünüşü məhdudlaşdırır, jalüz də.

"Amma qanunverilikdə plyonkadan və tündəşdirilmiş şüşələrdən yox, müəyyən müddət aralığında sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifadəyə icazə verilir. Sürücülər rəsmi olmayan adamlarından eşitdikləri sözlə hərəkət etməməlidir. Rəsmi olaraq qanuna dəyişiklik edilməyibsə, mövcud qanunvericiliyə əməl etməyənlər cərimələnəcək. Yol polisi heç bir qayda pozuntusuna göz yummur".скачать dle 11.3
Mojo.az Banner