“Azərbaycanfilm” kinostudiyası niyə təmir olunmur? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:33 Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var  |     20:28 Fransada sərnişinin pilot kabinəsinə girmək cəhdindən sonra təyyarə aeroporta geri dönüb  |     20:21 Ombudsman media subkyetlərinə və valideynlərə uşaqlarla bağlı çağırış edib  |     20:13 Rusiyada terrora çağırışa görə bloger Markaryana qarşı cinayət işi açıla bilər  |     20:08 Bazar günü 38 dərəcə isti olacaq  |     19:59 Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımaların dəyəri artıb  |     19:53 Bakıda daha bir marşrutda istismar olunan avtobuslar yenilənir  |     19:48 Xəzər rayonunda qanunsuz tikili sökülüb - Video  |     19:40 “Qazprom” Ermənistana qaz tədarükünü bərpa edib  |     19:35 Rusiyalı alpinist həyat yoldaşının 4 il əvvəl öldüyü yüksəklikdə vəfat edib  |     19:27 Kamçatka yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib  |     19:20 Günəşdə güclü partlayış baş verib  |     19:11 “Apple” “Siri” üçün “Gemini”nin süni intellektindən istifadə etmək istəyir  |     19:03 ABŞ-də "ət yeyən" bakteriyaya yoluxma hallarının sayı artıb  |     18:52 700 bal toplayan abituriyentlər hansı universiteti SEÇDİLƏR?  |     18:33 İranda son bir ayda azı 160 məhbus edam olunub  |     18:20 Ağstafada "Prado" aşdı - Ölən var  |     18:03 Küçədən tapdığı səkkiz yaşlı uşağı zorla diləndirdi: Məhkəmədən AĞIR CƏZA  |     16:25 Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı  |     16:07 Təhlükəli virus Avropaya yayılır  |    

“Azərbaycanfilm” kinostudiyası niyə təmir olunmur? - VİDEO

N.Nərimanov 1920-ci ildə kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və o zamankı xalq mədəniyyət komisarlığının tərkibində Foto-kino şöbəsi yaradılır. İllər ötdükcə müxtəlif adlar daşıyan kinostudiyaya 20 aprel 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Cəfər Cabbarlının adı verilib. Kinostudiyanın yeni binasının əsası isə 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. Burada kino istehsalına isə 1966-cı ildən başlanıb.

Baku.Tv xəbər verir ki, Kinostudiyanın hazırkı vəziyyətinə gəldikdə isə vəziyyət heç də ürəkaçan deyil. Kənardan baxdıqda sökülmüş fasad, dağılmış dam örtüyü, çürük pəncərələr, baxımsız bağça, içərisinə girdikdə isə sınıq döşəmə, sökülmüş tavan, açıq elektrik naqilləri, təmirsiz divarlar və s. problemlər görünür.


Kinostudiyanın laboratoriyası 20 ilə yaxındır ki, fəaliyyət göstərmir. İstilik sistemi 25 ildir ki, yoxdur. Pavilyonlar, səsyazma sexi, otaqları, dəhlizləri yararsız haldadır. Çəkiliş texnologiyası 1974-cü ildə alınıb. Buna görə də film istehsalı zamanı kinostudiya texnikanı Rusiya, Gürcüstan, ya da İrandan icarəyə götürür.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalamışdı. Proqramda “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması da nəzərdə tutulmuşdu.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etsək də heç bir cavab ala bilmədik.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 478 07.02.20 12:40