Mojo.az Banner
18:02 Bakıda yeni metro stansiyasının adı açıqlandı  |     17:50 Casusluq formasında dövlətə xəyanət edən dörd nəfər barəsində YENİ QƏRAR  |     17:34 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti  |     17:29 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq...  |     17:23 Məşhur aktyora 12 ilədək həbs tələb edildi  |     17:14 Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır  |     17:05 ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatdı  |     16:58 Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub  |     16:36 Nepalda daşqın: Ölənlərin sayı artdı  |     16:04 Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq  |     15:58 Bakıda məşhur bazar köçürülür - VİDEO  |     15:57 Külli miqdarda qızılı Türkiyəyə aparmaq istəyən şəxslərə hökm oxundu  |     15:38 İlahiyyatçıdan “Çevik”in döyülməsi ilə bağlı AÇIQLAMA  |     15:33 Sentyabrda bu tarixlərə DİQQƏT — Astroloqdan XƏBƏRDARLIQ  |     13:47 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ  |     13:25 Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO  |     13:12 Jurnalistin oğlu faciəvi şəkildə öldü  |     12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |    
Left Banner
Right Banner

Nazir pensiya artımının inflyasiyaya təsirindən danışdı

06.02.2020 19:39 1 188
Nazir pensiya artımının inflyasiyaya təsirindən danışdı
Bizim hesablamalarımız onu göstərir ki, bu il də ciddi inflyasiya üçün hər hansı bir təhlükə yoxdur.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, infilyasiya idarə oluna bilən şəkildədir:

“Aidiyyəti dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür. Ötən il pensiya və əməkhaqqı artan zaman inflyasiya bizim pronozlarımızdan da aşağı səviyyədə oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır”.

S.Babayev qeyd edib ki, ötən il orta əməkhaqqı və orta pensiya 15 faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb:

“Lakin inflyasiya 2,6 faiz olub. Bu, onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan altı dəfədən çox artıb. İnflyasiya təhlükəsi gözləmirik. Hökumət tərəfindən təsdiq edilmiş çərçivə var. O çərçivə daxilində inflyasiyanın saxlanması üçün AMB və adiyyəti dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu il də inflyasiyanın qarşısı alınacaq”.скачать dle 11.3
Mojo.az Banner