Deputatlar üçün hədiyyə məhdudiyyəti » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:25 Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı  |     16:07 Təhlükəli virus Avropaya yayılır  |     15:41 Qubada dağlıq ərazidə yanğın başlayıb  |     15:37 "Qalatasaray"la "Spartak" razılaşdı: Kolumbiyalı Moskvaya köçür  |     14:57 BDU-ya qəbul olanların qeydiyyatı bu tarixdə başlayacaq  |     14:10 Tərtərdə "Hyundai" ilə BMW toqquşdu: Yaralananlar var  |     13:56 "İki etibarlı çiyin" - Emin Ağalarovun paylaşımı diqqət çəkdi  |     13:38 Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır  |     13:37 Yasamalda 45 yaşlı qadın qətlə yetirilib  |     13:37 Ucar sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb  |     13:36 Xəzər rayonunda qanunsuz tikili sökülüb - Video  |     13:35 Səbail rayonunda NARKOTİK ƏMƏLİYYATI - 10 kiloqram marixuana aşkarlandı (Video)  |     13:34 Sabah Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - Video  |     13:31 "TikTok"da humanitar yardım adı altında dələduzluq edən qadın SAXLANILDI - Video  |     13:30 Azərbaycan Hindistanın ən çox axtarılan kriminal avtoritetlərindən birini ekstradisiya edib - Video  |     13:27 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 Füzulidə yanğın törədən şəxs saxlanılıb  |     13:16 Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü  |     13:15 Bakıda sahibi tapılmayan avtomobilə hər gün cərimə yazılır - Video  |     13:14 ADA-nın Kompüter elmləri ixtisasının keçid balı REKORD VURDU  |    

Deputatlar üçün hədiyyə məhdudiyyəti

Fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçkilərdən sonra 125 deputatlığa namizəd hakimiyyətin qanunverici qanadında təmsil olunmaq hüququ qazanacaq.

Oxu.Az mövzunun akuallığını nəzərə alaraq, Milli Məclisin deputatlarının necə fəaliyyət göstərməsi ilə bağlı yazıları davam etdirir.

Bu dəfə Milli Məclisin deputatlarının etik davranış qaydaları barədə bəzi məqamları diqqətə çatdıracağıq.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun 9-cu maddəsinə nəzər yetirək.

Həmin maddə korrupsiyanın qarşısının alınması ilə əlaqədardır. Qeyd olunur ki, deputat qanunsuz maddi və sair nemətlərdən, imtiyaz və ya güzəştlərdən imtina etməlidir.

Deputat onun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz maddi və sair nemətlər, imtiyazlar, güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

Maddi və sair nemətlər, imtiyazlar, güzəştlər müqabilində Milli Məclisdə müzakirə edilən məsələlərlə bağlı hər hansı formada dəstək, etiraz ifadə edilməsi yolverilməzdir.

Həmin qanunun 10-cu maddəsi deputatların hədiyyə alması ilə bağlı qoyulan məhdudiyyətləri özündə ehtiva edir.

Deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən, bu cür təsir təəssüratı yaradan, vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərməmək şərti ilə, qonaqpərvərliklə bağlı olan və dəyəri bu qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləği (55 manat) keçməyən hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz. Habelə, bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir.

Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam komissiyasına bildirməlidir.

Deputatlar 55 manat məbləğindən yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 126 06.02.20 11:20