Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident Türkiyəyə Çindən Azərbaycan vətəndaşlarının təxliyəsinə görə təşəkkür etdi

05.02.2020 22:31 3 096
Prezident Türkiyəyə Çindən Azərbaycan vətəndaşlarının təxliyəsinə görə təşəkkür etdi
"Əminəm ki, bu il də Türkiyə-Azərbaycan əlaqələri uğurla inkişaf edəcək. Keçən il çox böyük uğurlarımız olubdur və birlikdə TANAP-ın Avropa sərhədinə çatdırılmasını qeyd etdik. Bundan başqa, bir çox önəmli layihələr uğurla icra edilir. O ki qaldı Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə, indi bu fəaliyyət daha da genişmiqyaslıdır və artıq bir çox mənbələrdən bu yol vasitəsilə yüklər Avropa istiqamətinə və Asiya istiqamətinə göndərilir. Əminəm ki, bu yolun önəmi getdikcə atacaq və bu, bizim birgə uğurlu layihəmizdir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Fürsətdən istifadə edərək bu yaxınlarda Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə - onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir".скачать dle 11.3
Mojo.az Banner