Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zülfiyyə Xanbabayevanın anons etdiyi dueti üzə çıxdı - VİDEO

05.02.2020 21:48 6 282
Zülfiyyə Xanbabayevanın anons etdiyi dueti üzə çıxdı - VİDEO
Xalq artisti Zülfiyyə Xanbabayeva yeni layihəsini təqdim edib.

Median.Az
xəbər verir ki, sənətçi Ukraynanın məşhur “Səs” yarışmasında çıxış edib, finala gədər yüksələn Cavid Məmmədovla duet ifa edərək, bəstəni ekranlaşdırıb.

“İstərdim” adlı həzin mahnının sözləri və musiqisi Cavidin özünə məxsusdur.

Ekran işində iki gəncin böyük məhəbbətindən bəhs edilir. Klip boyunca gənc oğlan qazet və jurnalları qayçı ilə kəsib, onları molbertin üzərinə yapışdırır. Klipin sonunda isə molbertin üzərində gənc oğlanın sevgilisinin əksi canlanır. Sevgi cütlüyü rolunda Neo Mahmud və Yunaya Babayeva çıxış edib.

Ekran işinin rejissorluğunu isə Delee Oruclu edib.

Klip Cavid Məmmədovun 68 minlik rəsmi “Youtube” səhifəsində bir neçə saat öncə yayımlanıb.

Nadir hallarda duet oxuyan estradamızın superstarı Zülfiyyə Xanbabayeva həzin bəstə ilə daha bir hitə imza atıb.

Xatırladaq ki, ötən ilin sonlarında Z.Xanabayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində bu gün təqdim etdiyi layihə haqqında danışmışdı:

“Çox az duetim var, çünki bu barədə çox xəsisəm. Siz hələ mənə “çox sağ ol” deyin ki, mən duet oxumuşam. Bu yaxınlarda gənc, lakin məşhur olmayan bir oğlan ifaçı ilə duet oxumuşam. Bəstə həmin gəncə məxsusdur”.//oxu.az

скачать dle 11.3
Mojo.az Banner