Bakıda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
2017-ci il təvəllüdlü Sərdarlı Mehdi Əlihüseyn oğlu altıncı mərtəbədə yerləşən evin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.