Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

«PAŞA Holdinq»in rəhbəri - DƏYİŞDİ

03.02.2020 12:44 1 889
«PAŞA Holdinq»in rəhbəri - DƏYİŞDİ
«PAŞA Holdinq»yeni baş direktoru vəzifəsinin icrasına başlayıb.

FED.az xəbər verir ki, fevralın 1-dən etibarən ölkənin ən böyük biznes qruplarından olan holdinqə Cəlal Qasımov başçılıq edir. İndiyədək C.Qasımov «Paşa Holdinq»də baş direktorun müavini vəzifəsini icra edirdi və yeni vəzifəsində Mir Cəmal Paşayevi əvəzləyib.

«PASHA Holding»in baş direktorunun dəyişəcəyini bir qədər əvvəl Mir Cəmal Paşayev özü açıqlamışdı: «Davamlılıq Proqramına əsasən, son iki ildən bir az artıq müddətdə Cəlal ilə birlikdə tədricən təşkilatı bu dəyişikliyə hazırladıq. Səhmdarlar tərəfimdən baş direktor vəzifəsinə irəli sürdüyüm namizədi dəstəklədirlər».
Mir Camal Paşayev özü isə İdarə Heyətinin üzvü olaraq idarəedicilər komandasını dəstəkləməyə davam edərək strateji biznesin idarə edilməsini həyata keçirəcək və istedadların inkişafına xüsusi diqqət yetirəcək.

Xatırladaq ki, "PAŞA Holdinq" 2006-cı ildə yaradılıb. Holdinq iqtisadiyyatın maliyyə, tikinti və turizm sektorlarında bir sıra müəssisələrə malikdir. Hazırda «Paşa Holdinq»in aktivlərinin həcmi milyard 922 milyon manata, işçilərinin sayı 2500-ə çatır. «Bir neçə il ərzində holdinq, səhmdarların uğurlu korporativ idarəetmə təcrübəsi, biznes diversifikasiyasının uğurlu tətbiqi və regional genişlənmə strategiyası sayəsində regionun mühüm və çoxtərəfli investisiya şirkətinə çevrildi»-deyə C.Qasımov bildirib.

Holdinqdəki fəaliyyətinə qədər Azərbaycanın 3 bankında rəhbər vəzifədə– «Bank of Baku» və «Unibank»da İdarə Heyətinin sədri, «Kapital Bank»da Müşahidə Şurasının sədri olub.

«PASHA Holding»də karyerasına 2015-ci ildə başlayıb, əvvəl Banklar Qrupunun direktor müavini, 2016-cı ildə holdinq direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

Uorik Universiteti (Böyük Britaniya, Warwick Business School) biznes məktəbində MBA dərəcəsinə sahibdir. Bundan əvvəl o, Azərbaycan Ali Diplomatik Kollecində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə (Magistr pilləsi) təhsil alıb. Həmin ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (bakalavr pilləsi) təhsil alıb.

Cəlal Qasımov – «Nə? Harada? Nə zaman?» verilişinin aparıcısı, hazırda İTV-ə rəhbərlik edən Balakişi Qasımovun qardaşıdır.скачать dle 11.3
Mojo.az Banner