Mojo.az Banner
18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Mikayıl Cabbarov: "Yaşıl elektrik enerjisinin ixracı sahəsində də layihələrin icrasına başlanıb"

10.10.2024 14:10 2 823
Mikayıl Cabbarov:
"Enerji ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olub, lakin enerji məfhumu ənənəvi yanacaq mənbələrindən artıq bərpaolunan mənbələrinə keçməkdədir".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" Innovasiya Sammitində bildirib.

"Azərbaycan bu sahədə öz neft və qaz ixracı ilə yanaşı, artıq yaşıl elektrik enerjisinin ixracı sahəsində də layihələrin icrasına başlayıb. Bu sahədə biz regionda bir sıra ölkələrlə əməkdaşlıq edirik. Hazırda yeddi giqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür".

Qeyd edək ki, Bakı Konqres Mərkəzində "INMerge" İnnovasiya Sammitinin ilk günü başlayıb.

Sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Bu il "INMerge" İnnovasiya Sammitində "YouTube"un həmtəsisçisi Stiv Çen iştirak edir. Eləcə də, təsdiqlənmiş spikerlər arasında "Amazon"un vitse-prezidenti və CTO-su Verner Fögels və "Avito"nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivıy da var.

Bununla yanaşı, "Paradox Strategies" və "InnovationForce" şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill, Stenford Universitetin professoru İlya Strebulayev və "Vodafone" şirkətinin region üzrə rəhbəri Yohan Hammer də spikerlər siyahısına qoşulublar.

Onlarla yanaşı, ölkəmizdən "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı direktor Fərid Məmmədov, "Kapital Bank"ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və"4SİM"in icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.

Qeyd edək ki, sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner