Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yolun ortasında rəqs edərək, maşınları təpikləyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

31.01.2020 13:10 2 852
Bakıda yolun ortasında rəqs edərək, maşınları təpikləyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Avtomobil yollarında bu kimi hərəkətlərə yol vermək bütün hərəkət iştirakçıları üçün təhlükəlidir.

Bu barədə Oxu.Az-a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Babək prospektində yola çıxaraq qəza şəraiti yaradan şəxslə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, həmin şəxs yalnız özünün deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb:

“Nəzərə almaq lazımdır ki, normal insan avtomobillərin sürətlə hərəkətdə olduğu yola bu şəkildə çıxmaz. Videogörüntülərdən də görünür ki, o insan özündə deyil. Yaxşı olardı ki, sürücülər bu cür hallarla rastlaşdıqları zaman dərhal polis əməkdaşlarına məlumat versinlər.

Əraziyə gələn polis əməkdaşları isə həmin şəxs haqqında müvafiq tədbir görsünlər. Ola bilər ki, o şəxs ərazidə xidmət edən polis əməkdaşlarını görən zaman yoldan çıxır.

Amma məsələyə yerindəcə müdaxilə edildikdə həmin insanın içkili vəziyyətdə, yoxsa psixoloji problemlər səbəbindən bu cür davranışlara yol verdiyi məlum olacaq. Sağlamlığında problem olduğu aşkarlanarsa, aidiyyəti orqanlara müraciət olunacaq. Amma yalnız məsələyə yerində baxıldıqdan sonra həmin şəxs barəsində hansı tədbirlərin görüləcəyinə qərar vermək olar”.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Babək prospekti ərazisində bir nəfər özünü avtomobil yoluna ataraq, hərəkətdə olan nəqliyyat vasitələrinin arasında rəqs edib və qəza şəraiti yaradıb.скачать dle 11.3

Son xəbərlər