Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ədalət Şükürovdan ittihamlara cavab: “Qayda pozmuşamsa, cəriməmi də ödəmişəm” - ÖZƏL

30.01.2020 21:13 2 551
Ədalət Şükürovdan ittihamlara cavab: “Qayda pozmuşamsa, cəriməmi də ödəmişəm” - ÖZƏL
Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşının suallarını cavabandıran Əməkdar artist məsələyə bu cür münasibət bildirib:

“Yol hərəkət qaydalarını bir ildə 11 dəfə pozmağım şəxsən mənim üçün normal bir haldır. Gündə 200-300 dəfə qaydanı pozmamışam ki, BNA bunu bu dərəcədə şişirdərək təqdim edir. Başqalarına baxanda buna “şükür” demək olar. Qaydanı pozmuşamsa, gedib vaxtında da cəriməmi ödəmişəm. Cəriməni ödəməkdən yayınıb, heç yerə qaçmamışam. Qaydanı pozmuşam, taxsırkaram, cəriməni də ödəmişəm.

BNA-nın rəhbərliyinə mənim heç bir etirazım yoxdur. 11 dəfə yol hərəkət qaydalarını pozmağımın da videoda toxunduğum mövzuya heç bir dəxli yoxdur. BNA ilə də heç bir şəxsi qərəzim ola bilməz. Yeri gəlmişkən, onu da bildirim ki, BNA-da mənim çox sayda yaxın dostlarım çalışır.

Sadəcə BNA işçiləri yolunu “20 yanvar” dairəsindən salsınlar. Görsünlər ki, orada necə özbaşınalıqlar baş verir. O dairə çox pis vəziyyətdədir. BNA diqqətini ora ayırsın”.

Qeyd edək ki, “İnstagram” hesabından video yayımlayaraq BNA-nı tənqid edən Ədalət Şükürova qurumun rəsmisi Mais Ağayev cavab vermiş, Əməkdar artisti 11 dəfə qaydanı pozmaqda ittiham etmişdi.скачать dle 11.3
Mojo.az Banner