Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Eldar Nigarla hovuzda yayılan videosundan danışdı: “Kimə nə dəxli var?!” - VİDEO

25.09.2018 16:11 3 449
Eldar Nigarla hovuzda yayılan videosundan danışdı: “Kimə nə dəxli var?!” - VİDEO
"Avroviziya-2011” beynəlxalq musiqi yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camalın Yunanıstandan paylaşdıqları video sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkə istifadəçiləri iki uşaq anası Nigarın Eldarla yayılan videosunu kəskin tənqid atəşinə tutublar və onların sevgili olması haqda iddia səsləndiriblər.

Eldar Qasımov paylaşdığı video və istifadəçilərin buna reaksiyası haqda azxeber.com-a açıqlama verib.

Müğənni bu məsələnin heç kimə aidiyyatı olmadığını söyləyib: "Mən kiməsə görə hərəkət edib, kiməsə görə yaşamıram. Düşünürəm ki, mənim bu yanaşmama kifayət qədər dəstək verən insanlar var. Biz pul deyilik ki, fikirləşək kimin xoşuna gələcəm, kimin yox. Mənim də çox şeydən xoşum gəlmir. Azərbaycan mediasında bəyənmədiyim çox şeylər var. "Feysbuk” və "İnstagram” paylaşımlarının çoxundan xoşum gəlmir.

Eldar deyib ki, sosial şəbəkədə yazılan şərhləri oxumur: "Sosial şəbəkələrə yalnız paylaşımlar üçün daxil oluram. Mənim kompleksim yoxdur. Paylaşımlar zamanı heç geyimlərə də baxmıram. Sadəcə paylaşım edirəm və çıxıram. Belə şeylər vecimə də deyil. Kim istəyir baxsın, kim istəyir baxmasın”.

Nigarla sevgili olmasına dair yayılan iddialara münasibət bildirən Eldar bu məsələyə hər hansı şərh vermək niyyətində olmadığını bildirdi: "Bunun kimə nə dəxli var?! Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mənim şəxsi həyatımın heç kimə aidiyyatı yoxdur. Mənə sənətimə görə qiymət verin, şəxsi həyatıma görə yox”.

Son xəbərlər