Abşeronda dəhşət: Maşınla vurub öldürülən ruhi xəstəni çaya atdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 NASA alimləri Marsda qədim həyatın mümkün izlərini aşkar ediblər  |     22:46 Musiqi zövqlərinin yaşla necə dəyişdiyi açıqlandı  |     22:38 “Qızı yoldaşımdan içki məclisində istəyiblər” - Nişanlanan yeniyetmənin anası - YENİLƏNİB - VİDEO  |     22:30 XİN rəhbəri: Rusiya PUA-larının Polşanın hava məkanını  |     22:21 Paşinyan: "Qarabağ məsələsi çoxdan həll edilib, lakin İrəvana bu barədə deməyiblər"  |     22:07 Gəncədə velosipeddən yıxılan səkkiz yaşlı qız xəstəxanada öldü  |     21:58 Fransada etirazlar: 400-dən çox insan saxlanıldı  |     21:50 Bakının bu rayonlarında qaz olmayacaq  |     21:38 Maşınlar toqquşub körpüdən aşdı  |     21:29 Bakıda məşhur uşaq bağçasından ŞOK GÖRÜNTÜLƏR yayıldı  |     21:22 Zəngilanın iki yaşayış məntəqəsinə yeni elektrik xətti çəkiləcək  |     21:12 Rüfət Əhmədov “Qəbələ”də  |     20:56 Ermənistan Azərbaycanla sərhəddə "ağıllı pasport" sistemi tətbiq edəcək  |     20:29 Rusiya Müdafiə Nazirliyi Polşaya hücum iddialarını təkzib etdi  |     20:14 Naxçıvan şəhərində ekoloji monitorinq keçirilib  |     19:47 Gəncədə nərdivandan yıxılan 45 yaşlı kişi öldü  |     19:41 Agentlikdən gəmilərə xəbərdarlıq  |     19:34 Daşkəsəndə avtomobil beşyaşlı qızı vurdu  |     19:12 Paşinyan Putin və Pezeşkianla nə barədə danışdığını açıqlayıb  |     18:46 Bakıda özəl bağçada azyaşlı ilə kobud rəftar edildi - VİDEO  |    

Abşeronda dəhşət: Maşınla vurub öldürülən ruhi xəstəni çaya atdılar

Abşeron Rayon Polis İdarəsinə Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

C.Əhmədovun üzərində zorakılıq əlamatləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 731 22.01.20 16:13