Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Azərbaycana turizm səfərlərinin sifarişi kəskin artıb

14.01.2020 18:32 1 279
Azərbaycana turizm səfərlərinin sifarişi kəskin artıb
Azərbaycana turistik səfərlərin sifarişi son dörd ayda 155 faiz artıb.

“Trade Arabia”nın məlumatına görə, bu barədə Yaxın Şərqdə və Şimali Afrikada ən böyük turistik “bazar” olan “Wego” məlumat yayıb.

Bu yüksəliş Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlığı fonunda müşahidə olunub.

Azərbaycan Turizm Şurası 192 ölkədən təqribən 2 milyon 921 min turist qəbul edib. Bu 2018-ci ilin yanvar noyabr ayları ilə müqayisədə 11,1 faiz artım deməkdir.

“Wego”nun məlumatına görə, axtarışların 74%-i üç gün kimi qısa müddətlər üçün edilib.

Bakıya bilet sifariş edənlərin 63%-i tək və ya cüt halında gəlmək istəyənlərdir, 37% isə ailələrdir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt Yaxın Şərqdə və Şimali Afrikadan Azərbaycana olan sifarişləri sayında artan rəqəmlərə görə çox şad olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdən olan səyyahlara hər cür xidmət təqdim edə bilir: “Onları unudulmaz sərgüzəştlər üçün çox unikal fürsətlərə malik olan Azərbaycanda qarşılamağı səbirsizliklə gözləyirik”.

“MENA&INDIA”nın icraçı direktoru Mamun Hmedan Azərbaycanla bağlı axtarış həcmlərinin 55% artdığını bildirib: “Biz ATB və digər uğurlu qurumlarla əlaqələrin daha da inkişafını səbirsizliklə gözləyirik”.

Qlobal qonaqpərvərlik bazarında durmadan populyarlıq qazanan Azərbaycanın paytaxtı, UNESCO-nun Ümumdünya İrsinə uyğunlaşan qədimiyilə bərabər ultramodern dizaynlarla bəzədilmiş binaları ilə heyrətamiz görünüşə malikdir.

Azərbaycan dəri, ürək-damar, ginekoloji, uroloji və mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün təbii müalicə vasitəsi olan 300-ə yaxın palçıq vulkanı ilə də Yaxın Şərq və Şimali Afrikadan turistləri özünə cəlb edə bilib.

Azərbaycan Dövlət Turizm Agentliyi “Formula-1”, “Qran Pri” və 2020-ci il Avropa Futbol Çempionatı kimi vacib idman tədbirlərini Bakıda keçirməyə hazırlaşır. Bu isə 2020-ci ildə ölkəyə daha çox idman həvəskarının cəlb ediləcəyi proqnozunu verir.скачать dle 11.3
Mojo.az Banner