Mojo.az Banner
18:54 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi  |     18:41 Bakıda iti binadan atan şəxs həbs edildi  |     18:30 Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı  |     18:21 Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır  |     18:08 Bakıda məktəbli qətlə yetirildi, sinif yoldaşı saxlanıldı  |     17:44 Leysan, dolu və qar gözlənilir - Xəbərdarlıq  |     17:36 Bakıda kişi arvadını dişlədi, tava ilə döydü  |     17:28 Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?  |     17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |     16:04 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır  |     15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana bir ildə 800 min rusiyalı turist gəlib

10.06.2019 15:51 4 361
Azərbaycana bir ildə 800 min rusiyalı turist gəlib
Ötən il Azərbaycana 800 min rusiyalı turist səfər edib.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

“2018-ci ildə Azərbaycana 800 min rusiyalı turist gəlib. Bu, o deməkdir ki, Azərbaycan Rusiya üçün cəlbedici bir məkana çevrilir. Moskvada turizm üzrə Azərbaycan nümayəndəliyi açılıb, qarşılıqlı təmaslar qurulur”, - deyə səfir mətbuat konfransında bildirib.

Səfir ölkələr arasında hava nəqliyyatının inkişafından söz açıb.

“Bizim ölkənin regionları ilə Azərbaycan arasında uçuşların təşkili üçün rəsmi aviadaşıyıcıların sayının artırılması ilə bağlı müzakirələr gedir”, - deyə səfir bildirib.

Xəzər dənizində kruiz nəqliyyatına gəlincə, səfir bu istiqamətdə hazırlıq işlərinin davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Turizm Bürosunun baş direktoru Florian Senqstşmid Azərbaycanın turizm imkanlarını aktiv şəkildə genişləndirməyə başladığını və cari ildə Rusiyadan bir milyona yaxın qonağın gələcəyinin istisna edilmədiyini bildirmişdi.

Onun sözlərinə görə, 2018-ci ildə Rusiyadan Azərbaycana gələn turistlərin sayında 5 faiz artım qeydə alınıb.скачать dle 11.3
Mojo.az Banner