Mojo.az Banner
22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yusif Eyvazov erməni ilə bir səhnədə ifa etməkdən imtina etdi

13.01.2020 23:57 2 486
Yusif Eyvazov erməni ilə bir səhnədə ifa etməkdən imtina etdi
Azərbaycan əsilli tenor Yusif Eyvazov erməni soprano ilə eyni səhnəni paylaşmaqdan imtina edib.

Oxu.Az bu barədə Forumopera.com saytına istinadən xəbər yayıb.

Bildirilir ki, Y.Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi.

Drezden Opera Ballı ilk dəfə 1925-ci ildə təşkil edilib. 1939-cu ildə – II Dünya Müharibəsinin başlamasına qədər səkkiz dəfə baş tutub. 2006-cı ildə Drezdenin qurulmasının 800 illik yubileyi münasibətilə ənənə davam etdirilib. Bu vaxtdan etibarən Ball hər il təşkil olunur.

Drezden Opera Balı təkcə Avropadan deyil, digər ölkələrdən də siyasi, sənət və iş adamlarının nümayəndələrini bir araya gətirir.

Qeyd edək ki, Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. Onun adı "Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

2017-ci ildə Yusif Eyvazov və həyat yoldaşı Anna Netrebko opera ulduzlarının "Half Way Around The World” konsert turunda iştirak edib. Tur çərçivəsində altı ölkənin səkkiz şəhərində konsertlər verilib.скачать dle 11.3
Mojo.az Banner