Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Yanğınsöndürənlər Yeni il şəkli çəkdirmək üçün yanan evi seçdilər

03.01.2020 11:59 3 722
Yanğınsöndürənlər Yeni il şəkli çəkdirmək üçün yanan evi seçdilər
ABŞ-ın Detroit şəhərinin yanğınsöndürənləri yanan evin qarşısında Yeni il şəkli çəkdiriblər.

CNN-nin məlumatına əsasən, foto yanğınsöndürmə briqadasının “Facebook” səhifəsində yerləşdirilib.

“Briqada Yeni il selfisi çəkdirmək üçün an tutub!”, - deyə şəklin altından yazılıb.

Xilasedicilərin özlərinin verdiyi izahata əsasən, ev boş idi, hadisə yerinə gəldikdə isə yanğın artıq onların özü üçün də təhlükəli idi.

Yanğından Mühafizə Xidmətinin rəisi bildirib ki, bu cür şəkillər yersizdir və insidentin araşdırılacağına söz verib.

Son xəbərlər