Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Artur Rasizadənin imzaladığı daha bir qərarı ləğv edildi

27.12.2019 19:46 1 503
Artur Rasizadənin imzaladığı daha bir qərarı ləğv edildi
Nazirlər Kabineti "Meşə təsərrüfatı ilə bağlı normativ-hüquqi aktlar haqqında” 1998-ci il 7 dekabr tarixli 230 nömrəli, "Meşə təsərrüfatına dair bəzi normativ hüquqi aktlar barədə” 1999-cu il 26 aprel tarixli 70 nömrəli, "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydasının təsdiq edilməsi haqqında” 2000-ci il 3 fevral tarixli 15 nömrəli, "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 1 may tarixli 78 nömrəli qərarlarında dəyişiklik edilməsi və "Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli qərarının ləğv edib.

Median.Az
xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 799; 1999, № 10, maddə 595; 2005, № 1, maddə 49) ilə təsdiq edilmiş "Meşə quruluşu işlərinin aparılması Qaydası”nın 5-ci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilir:

"Həmin layihələr Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir və Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş hallarda, ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanması, meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün əsasdır.”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 276; 2005, № 1, maddə 49) ilə təsdiq edilmiş "Meşəqırma qaydaları”na aşağıdakı məzmunda 4.8-ci bənd əlavə edilsin: "4.8. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 114; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2007, № 4, maddə 390; 2014, № 7, maddə 924; 2015, № 1, maddə 66) ilə təsdiq edilmiş "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”na aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci hissələr əlavə edilsin:

Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 359; 2005, № 1, maddə 49, № 9, maddə 855; 2015, № 1, maddə 67; 2016, № 12, maddə 2225; 2018, № 4, maddə 801) ilə təsdiq edilmiş "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1.aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

"2.3-1. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”;

4.2.3.4-cü bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Bu proqramların layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.”;

4.3.aşağıdakı məzmunda 3.4-1-ci və 3.4-2-ci bəndlər əlavə edilsin:

"3.4-1. Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

3.4-2. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Azərbaycan

Respublikasının Meşə Məcəlləsinin 36-cı maddəsinə əsasən aparılır.”.

4."Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 603; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 9, maddə 822; 2012, № 5, maddə 478; 2013, № 6, maddə 731; 2014, № 10, maddə 1312; 2018, № 12 (II kitab), maddə 2721) ləğv edilsin.//qaynarinfo.azскачать dle 11.3
Mojo.az Banner