Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Kəmaləddin Heydərov polkovniki "cinçıxarma ritualı"na görə işdən qovub - VİDEO

27.12.2019 17:36 2 176
Kəmaləddin Heydərov polkovniki
Keçmiş Vergilər naziri Fazil Məmmədovun dövründə Vergilər Nazirliyində fəaliyyət göstərən ekstrasenslərdən ibarət xüsusi qrup barədə yeni, sensasion detallar üzə çıxıb.

Median.Az
“BakuPost”a istinadən xəbər verir ki, bu qrup haqqında məlumatı özünü ekstrasens kimi təqdim edən Elman Əliyev adlı şəxs jurnalist Natiq Ədilova müsahibəsində bildirib və dediklərini sübut edən videolar təqdim edib.

Onun sözlərinə görə, Vergilər Nazirliyindəki ekstrasenslərdən ibarət qrupa 22 nəfər daxil olub. Onların vəzifəsi nazirliyi mistik qüvvələrdən qorumaq, qurumun idman komandalarının qələbəsinə yardım etmək olub.

Elman Əliyev bildirib ki, bütün bunlar Fazil Məmmədovun göstərişi ilə edilib. O hətta şəxsən keçmiş nazirlə bir neçə dəfə görüşdüyünü bildirib.




“BakuPost” Elman Əliyevin təqdim etdiyi videolarda görünən şəxslərin kimliyi barədə araşdırma apardıqda maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, həmin bu magik rituallarda təkcə Vergilər Nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak etməyib.

Fazil Məmmədovun ekstrasenslərdən ibarət qrupunun Atəşgah məbədində həyata keçirdiyi “əməliyyatda” Fövqəladə Hallar Nazirliyinin polkovniki də iştirak edib. Təqdim edilən şəkillərdə işarələnən bu şəxs FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Bağırov Samir İsa oğludur.

Polkovnikin bu tədbirlərdə tez-tez iştirak etdiyi bildirilir.

Məlumata görə, bu videolar yayıldıqdan sonra Fövqəladə Hallar naziri Kamaləddin Heydərov məsələni nəzarətə götürüb və polkovniki cəzalandırıb. Belə ki, həmin şəxs vəzifədən azad edilərək, təqaüdə göndərilib.

FHN polkovnikinin yer aldığı həmin “cinçıxarma əməliyyatı” videosunu təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner