23:01 Binalarda parklanma yerləri almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq  |     22:56 Türkiyədə azərbaycanlı fəhlələr inşaat zamanı xəsarət alıblar, ölən var  |     22:50 Məşhurların ən bahalı avtomobilləri  |     22:42 “TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib  |     22:36 Braziliyada narkotik satanlara qarşı əməliyyatlarda 132 nəfər öldürülüb  |     22:29 Bakıda bu mənzillərin qiyməti ucuzlaşdı  |     22:28 Süni intellektə kobud davranmaq alınan cavabların dəqiqliyinə necə təsir edir?  |     22:27 Prokuror Tağı İbrahimova ağır cəza istədi  |     22:27 DGK-nın yarım milyon manatlıq avadanlıq aldığı şirkət kimindir?  |     22:26 Sərxoş halda polis idarəsinin hasarını aşdı, həbs edildi  |     22:24 Direktorların vatsap qrupunda qalmaqal  |     22:18 İranda qalmaqal: Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi  |     22:08 "Qarabağ"ın "Çelsi" ilə oyununa satılan biletlərin sayı açıqlanıb  |     21:53 Bakıda restoranda qadınlara söz atan şəxs həbs edildi  |     21:44 Ermənistanda hərbi xidmət müddəti azaldıla bilər  |     21:31 İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq  |     21:21 Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı  |     21:15 Binə qəsəbəsində yol PROBLEMİ: "Nə taksi, nə də təcili yardım gəlir" - Video  |     21:04 "Barselona"nın yarımmüdafiəçiəsi Pedri bir neçə həftəlik sıradan çıxıb  |     20:28 Ukrayna səfiri Azərbaycana təşəkkür etdi  |    

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO

Dekabrın 24-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil edilib. Bayram tədbirində iştirak edən uşaqlar Şaxta baba, Qar qız, müxtəlif nağıl qəhrəmanları və məşhur personajlarla görüşüb, rəngarəng bəzədilmiş Yeni il küknarı ətrafında onlarla birlikdə əyləniblər. Şənliyin sonunda bütün uşaqlara bayram hədiyyələri təqdim olunub. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş əhval-ruhiyyə yaradıb, balacalara əsl bayram ovqatı bəxş edib və onlara əyləncəli anlar yaşadıb.

Yenilənmiş həyət Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi 201, 203, 203B, İsrafil Həşimov küçəsi 4A ünvanlarında 2200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb, 400 metr uzunluğunda velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə 4 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 70 ədəd ağac və kollar əkilib və 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları və yanğın hidrantları quraşdırılıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 373 24.12.19 21:43