Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |     16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |    
Mojo.az Avto
Mojo.az Avto

Sayğaclara görə kim məsuliyyət daşıyır? – VİDEO

20.12.2019 15:39 1 665
Sayğaclara görə kim məsuliyyət daşıyır? – VİDEO
Yeni su sayğacları binaların blokunda quraşdırılıb. Bu da sakinlərin narazılığına səbəb olur, çünki istənilən şəxs rahatlıqla binaya daxil ola, sayğacların qapağını açaraq plombunu qıra və ya hər hansı zərər yetirə bilər.

Mələsə ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin Rəhbəri Anar Cəbrayıllı bildirib ki, “Hansı binalarda elə boş yer var ki, biz orada quraşdıraq? Texniki imkanlar imkan vermir, ona görə orda quraşdırılır. Məcburi tələb qoyulub ki, sayğaclar pilləkən qəfəslərində quraşdırılsın ki, sabah borcu olan abonentlərin çox şəkildə su təchizatını dayandıra bilək. Ona görə də mütləq pilləkən qəfəslərində olmalıdır”.

Abonentləri narahat edən digər bir məsələ isə cavabdehlik məsələsidir. Qapısı bağlanmayan, yaxud olmayan bina bloklarında sayğaclara dəyən ziyana görə vətəndaş məsuliyyət daşımalıdırmı?

Qurumdan bildirdilər ki, binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən kənar müdaxilə hallarına qurumun özü cavabdehlik daşıyır.

A.Cəbrayıllı qeyd edib ki, “Həyət evlərində istənilən halda suölçən cihazların, yəni sayğacların işlək vəziyyətdə olmasına cavabdehliyi abonent daşıyır. Yəni o sayğac orada oğurlansa, sındırılsa, hər hansı kənar müdaxilə olsa, dəyişdirilməsinin qiymətini vətəndaş ödəyir”.

Ölkə üzrə beş mindən çox binada su sayğacları pilləkən qəfəslərində quraşdırılıb. Hər nə qədər aiddiyyatı qurum sayğacların məsuliyyətini öz üzərinə götürsə də, abonentlər bu məsələdə biganə olmamalıdır.


Son xəbərlər