Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qobustanın üç kəndini rayon mərkəzi ilə birləşdirən yolunun tikintisi yarımçıq qaldı - FOTO

19.12.2019 23:10 1 603
Qobustanın üç kəndini rayon mərkəzi ilə birləşdirən yolunun tikintisi yarımçıq qaldı - FOTO
Qobustanın üç kəndini rayon mərkəzi ilə birləşdirən Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi yarımçıq qalıb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, may ayında tiktisinə başlanılan yolda işlər dayandırılıb.
Sözügedən kəndin sakinləri illərdi ki, yol problemindən əziyyət çəkir. Bu qədim kənddə asfalt yolu olmadığından, insanlar müəyyən vaxtlarda, müxtəlif minik vasitələrindən istfadə edərək yolu qət ediblər.

Yolun texniki göstəriciləri aşağı olduğundan, əsasən, qış aylarında bu yolda hərkət çətinləşir, bəzi avtomobillər yolda qalır.

Ümumi uzunluğu 13.5 kilometr olan yolun yataq hissəsi hazırlanıb, yolun təxminən 7-8 kilometrinə çınqıl daş tökülüb və yol hazır vəziyyətə gətirilib. Amma yolun qalan hissəsinə torpaq tökülüb və işlər yarımçıq saxlanılıb.

Kənd sakinləri iddia edir ki, tikintini aparan şirkət işlərin dayandırılmasına səbəb kimi ayrılmış vəsaitin bitməsini göstəriblər .

Qeyd edək ki, bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevib Qobustan rayonuna səfərindən sonra Ərəbqədim-Göydərə avtomobil yolunun tikitisi ilə bağlı Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən aldığımız məlumata görə, yolun 80 faiz hissəsində işlər yekunlaşıb. İşlərin dayanmasına səbəb kimi bölgənin sərt iqlim şəratidir. Yaxın vaxtlarda yolda asfaltlama işinə başlanılacağı bildirilir.

Son xəbərlər