Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə baş verən qəzada ər-arvad xəsarət alıb

17.12.2019 22:47 1 463
Gəncədə baş verən qəzada ər-arvad xəsarət alıb
Gəncədə yol qəzası baş verib.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Xəqani küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq çınar ağacına çırpılıb. Qəza zamanı sürücü, 1972-ci il təvəllüdlü Nəbiyev Rövşən Telman oğlu və onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Muradova Natavan Qaraxan qızı xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Qeyd edək ki, sürücünün eplepsiya xəstəsi olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər