Nazir: Balıq ovu kəskin azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir  |     22:14 Bu şəhərin Baş planı təsdiq edildi  |     22:07 "Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil" - Politoloq  |     22:00 Yaponiya dünyanı yenidən şoka saldı: 20 AES gücündə günəş panelləri yaradıldı  |     21:52 Komaya düşən baş həkimin vəziyyəti açıqlandı  |     21:45 "Rezonans" klinikasında pasientin telefonu oğurlandı  |     21:40 Xəstələri əvvəlcə zəhərləyib sonra xilas edən həkimi ömürlük həbs gözləyir  |     21:29 Parisdə məscidin qapısına donuz başları atılıb  |     21:23 Süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı  |     21:15 Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!  |     21:08 Tupak Şakurun qətlinin sifarişçisi açıqlandı  |     21:00 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib  |     20:53 Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib  |     20:47 Yekaterinburq məhkəməsi Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb  |     20:46 HAMAS liderləri İsrailin hücumundan sağ çıxıblar  |     20:40 Xamənei 3 min 458 məhkumu əfv edib  |     20:31 Arzu Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların "Sea Breeze"də istirahətini təşkil edib - Video  |     20:13 Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq, dolu düşəcək - YENİLƏNİB  |     20:10 Bakıda 29 yaşlı kişi təzə evləndiyi arvadını boşanmaq istədiyi üçün küçədə döydü  |     20:01 Rusiya ordusunu neft məhsulları ilə təmin edən magistral kəmər partladılıb  |    

Nazir: Balıq ovu kəskin azalıb

Aparılan aqrar islahatlar nəticəsində müxtəlif növ kənd təsərrüfatı istehsalı məhsullarının həcmi artıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə olaraq son illərdə meşə fondu sahələrində fındıq, qoz, şabalıd kimi ixracyönümlü aqromeşə massivlərinin yaradılmasına start verilib.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsinə özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi seminarında deyib.

O bildirib ki, bu, ekoloji təmiz məhsulların yaxşılaşdırılmasına gətirib çıxarır.

“Həmçinin, ölkənin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Bu məqsədlə arıçılığın gələcək inkişafına təkan vermək üçün nektar verən ağacların əkilməsinə üstünlük verilir.

FAO-nun dəstəyilə hazırlanmış Milli Meşə Proqramında arıçılığın inkişafı nəzərə alınıb. Bu tədbirlər ölkənin bal təminatını artırır”.

Onun sözlərinə görə, vacib amillərdən biri də əhalinin balıq və digər su resursları ilə təminatıdır:

“FAO və digər beylnəlxalq təşkilatların müşahidələrinə əsasən, dünyada balıq ovu kəskin azalıb. Əvəzində isə son 15-20 ildə əmtəə və akvokultura məhsullarının ümumi həcmi durmadan artır. Balıq növlərinin yetişdirilməsi əhalinin qida təminatında vacib yerlərdən birini tutur”, - deyə M.Babayev əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 343 17.12.19 11:44